Kredit haqqında

Həzz kart

Həzz Kart – AGBank

Həzz Kart, AGBank tərəfindən pulsuz təqdim olunan faizsiz kredit kartıdır. Həzz kart vasitəsi ilə alınan mal və ya xidmətlərin dəyəri müvafiq aylara (1,3,6,12,18 və 24 ay) bölünür və hissələrlə faizsiz ödənilir. Həzz Kart AGBank-ın tərəfdaşları olan bütün geyim, parfümeriya, kompüter, mobil telefon, məişət texnikası, mebel mağazalarında, habelə restoran, supermarket, turizm, kinoteatr və digər ticarət obyektlərində keçərlidir.

AGBank-ın müvafiq tərəfdaş şəbəkəsi daxilində Həzz Kart-la aparılan hər bir əməliyyatın müəyyən faizi xüsusi  hesaba bonus şəklində yığılır. Hesablanmış bonuslar bankın tərəfdaş şəbəkəsi daxilində istifadə oluna bilər.