Kredit haqqında

İpoteka Krediti

Müraciət üçün tələb edilən sənədlər:

Müştərinin şəxsiyyət vəsiqəsi, gəliri təsdiq edən sənəd, kredit alışı üçün müraciət ərizəsi, ipoteka predmetinin qiymətləndirmə aktı, ipoteka qoyulan yer üzrə mülkiyyət hüququnu təsdiq edən sənəd (dövlət reyestrindən çıxarış) və texniki pasport (tələb olunduqda), dövlət qeydiyyat orqanı tərəfindən verilən ipoteka predmetinin digər öhdəliklər üzrə yüklü edilməməsini və məhdudiyyət olmadığını təsdiq edən sənəd-Forma 1; ipoteka qoyulan yaşayış sahəsi üzrə qeydiyyatda olanlar haqqında arayış-Forma 2;  ipoteka qoyanın şəxsiyyətini təsdiq edən sənədin surəti; ipoteka predmetinin ipotekaya qoyulmasına və məhkəmədənkənar qaydada satılmasına dair ərin/arvadın, ipoteka predmetində qeydiyyatda olan digər yetkinlik yaşına çatmış ailə üzvlərinin notariat orqanlarına təqdim olunan razılığının surəti; İpoteka predmetinin mülkiyyətçisi yetkinlik yaşına çatmamış şəxs olduqda onun maraqları çərçivəsində səlahiyyətli qəyyumluq və himayəçilik orqanlarının razılığının surəti.