Kredit haqqında

Jasmine Card

 

Jasmine Card

Azərbaycan Beynəlxalq Bankı İslam Bankçılığı qaydalarına cavab verən yeni “Jasmine Card” məhsulunu müştərilərə təqdim edir. VİSA Classik bazasında hazırlanmış bu kart, zərif dizaynı və xüsusi çiçək qoxusu ilə yalnız qadınların istifadəsi üçün yaradılmışdır.
Müştəri “Jasmine Card” əldə etdiyində "My Brands" - endirim kartını hədiyyə qazanir! Belə ki, "Jasmine Card" vasitəsilə "My Brands" ticarət şəbəkəsinə daxil olan bütün mağazalarda nağdsız ödənişlər (retail əməliyyatların) aparılan zaman mağaza tərəfindən 10% endirim təqdim olunur.
“Jasmine Card” debet rejimində, eləcə də bank tərəfindən ayrılan borc limiti ilə də istifadə oluna bilər. Karta ayrılan borc limitinin uzadılması, borcun ödəmə müddətinin sonunda müzakirə olunur.
Müştəri tərəfindən qaytarılan borc kartın balansına yatırılır və beləliklə borc limiti bərpa olunur.
Minimal sabit aylıq ödəniş - müştərinin istifadə etdiyi borc limitinin 10%-ni təşkil edir.
“Jasmine Card” üzrə tariflər:

Debet kartın dəyəri:

 

1 illik 25 manat
2 illik 40 manat
3 illik 50 manat

 

Borc limitli kartın dəyəri:

 

Kartın borc limiti
(AZN/ ABŞ dollar ekvivalenti)
İllik xidmət haqqı:
(AZN/ ABŞ dollar ekvivalenti)
1000 180
2000 360
3000 540

 


"Jasmine Card" üzrə illik xidmət haqqı müştəri tərəfindən Banka əvvəlcədən ödənilir. 
Müştərinin istəyi əsasında komisyon haqqı ayrılan borc limitindən tutula bilər.