Kredit haqqında

Qibla Card

 

Qibla Card

Azərbaycan Beynəlxalq Bankı, Avropa bankları arasında ilk olaraq İslam Bankçılığı qaydalarına cavab verən yeni “Qibla Card” adlı məhsulunu müştərilərə təqdim edir.
Debet MasterCard Platinum bazasında hazırlanmış bu kart qeyri-adi üslubda dizayn edilib. Kartın üzərində dünyanın istənilən nöqtəsindən Qiblənin təyin edilməsi üçün xüsusi elektron qiblə-kompas yerləşdirilib.
Müştəri “Qibla Card” əldə etdiyində "My Brands" - endirim kartını hədiyyə qazanir! Belə ki, "Qibla Card" vasitəsilə "My Brands" ticarət şəbəkəsinə daxil olan bütün mağazalarda nağdsız ödənişlər (retail əməliyyatların) aparılan zaman mağaza tərəfindən 10% endirim təqdim olunur.
Bu kart vasitəsilə kart hesabındakı vəsaitin nağdlaşdırılması da mümkündür.
“Qibla Card” debet rejimində, eləcə də bank tərəfindən ayrılan borc limiti ilə də istifadə oluna bilər. Karta ayrılan borc limitinin uzadılması, borcun ödəmə müddətinin sonunda müzakirə olunur.
Müştəri tərəfindən qaytarılan borc kartın balansına yatırılır və beləliklə borc limiti bərpa olunur.
Minimal sabit aylıq ödəniş - müştərinin istifadə etdiyi borc limitinin 10%-ni təşkil edir.
“Qibla Card” üzrə tariflər:

Debet kartın dəyəri:
1 illik 40 manat
2 illik 80 manat
3 illik 80 manat
Borc limitli kartın dəyəri:
Kartın borc limiti
(AZN/ ABŞ dollar ekvivalenti)
İllik xidmət haqqı:
(AZN/ ABŞ dollar ekvivalenti)
1000 220
2000 400
3000 580
“Qibla Card” üzrə birinci il üzrə xidmət haqqı müştəri tərəfindən Banka əvvəlcədən ödənilir. 
Müştərinin istəyi əsasında komisyon haqqı ayrılan borc limitindən tutula bilər.