Kredit haqqında

BolKart Gənc

 

Harada alış-veriş edə bilərsiniz?
Ölkədə və ölkəxaricində istənilən MasterCard/VISA loqosu olan ticarət və xidmət obyektlərində, həmçinin onlayn alış-veriş edə bilərsiniz.
Kimlər Bolkart Gənc ala bilər?
18-27 yaş aralığında olan, şəxsi gəliri olan tələbələr və gənclər Bolkart GƏNC kartı ala bilərlər. Şəxsi gəliri olmayan gənclər rəsmi iş yeri olan valideynlərindən birinin zaminliyi ilə Bolkart GƏNC kartı ala bilərlər.
Ödənişi nə vaxt etməliyik?
Ödəniş vaxtı Sizin kartı aldığınız tarixdən asılıdır. Bolkartı ayın 1-10 tarixləri aralığında almısınızsa ödənişiniz də həri ayın 1-10 tarixləri aralığında olacaq. Uyğun olaraq, Bolkartı 11-20 tarixləri aralığında almısınızsa ödəniş həri ayın 11-20 tarixləri aralığında, 21-ayın son günü tarixləri aralığında almısınızsa ödəniş hər ayın 21-ayın son günü tarixləri aralığında olacaq. 

Misal üçün: Siz BOLKART GƏNC kartını 15.Sentyabr.2015- ci il tarixində əldə etmisiz. Müvafiq olaraq sizin ödəniş tarixləriniz hər ayın 11 - 20 tarixləri aralığında olacaq.
Borcların ödəniş müddətləri
BAL-lar nədir, necə qazanılır və istifadə edilir?
Siz Bolkartla alış-veriş etdiyiniz zaman ballar qazanırsınız. BAL-ların məbləği Sizin kartdan istifadə məkanından və hissəli ödəniş seçiminizdən asılıdır. 
BAL-lar qazanılma və istifadə müddətinə görə 2 növdə olur:
1. Standard BAL
2. Kampaniya BALı

Standard BAL - alış-veriş zamanı qazandığınız BAL-dır və standart istifadə müddətinə (qazanıldığı günün ertəsi günündən başlayaraq növbəti ilin sonunadək) malikdir.

Nə qədər və nə vaxt nağd pul çıxara bilərsiniz?

Siz istədiyiniz zaman BOLKART GƏNC kartının ümumi limitin 25%-dək hissəsini nağdlaşdıra bilərsiniz. Yəni, Sizə Bolkartda 3000AZN məbləğ verilibsə, 750 AZN-dək məbləği nağd pul kimi çıxara bilərsiniz.
Mövcud nağdlaşdırma limiti müştərinin bankdakı tarixçəsindən asılı olaraq Bank tərəfindən artırıla bilər. 
Bank of Baku ATM - lərində nağdlaşdırma zamanı 1% (minimum 1 AZN) nağdlaşdırma komissiyası tutulur.

Qeyd: Cari kreditləriniz üzrə gecikmələriniz 10 gün və daha çox olduqda, borcunuzu ödəyənə qədər nağdlaşdırma imkanı müvəqqəti bağlanır. Bu hal 2 dəfədən artıq baş verdikdə və ya cari kreditləriniz üzrə gecikmələriniz 30 gün və daha çox olarsa, nağdlaşdırma imkanı daimi bağlanır.
Faiz dərəcəsi
Aşağıdakı hallarda faiz hesablanmır:

Bankın partnyorları olan ticarət və xidmət məntəqələrində “İndi al 3 aya ödə”, “İndi al 6 aya ödə”, “İndi al 12 aya ödə” imkanı üzrə istifadə edildikdə;

Bankın partnyorları olan ticarət və xidmət məntəqələrində “İndi al 1 aya ödə” imkanı üzrə istifadə edilmiş məbləğ növbəti ödəniş aralığında ödənildikdə;

Ölkə xarici POS-terminallar və Beynəlxalq elektron ticarət əməliyyatları (“BAL-lar nədir, necə qazanılır və istifadə edilir?” qeyd 1-ə bax) həyata keçirildikdə istifadə edilmiş məbləğ növbəti ödəniş aralığında ödənildikdə.
Digər hallarda istifadə edilmiş məbləğə aylıq 2.42% dərəcəsi ilə gündəlik faiz hesablanır.