Kredit haqqında

İpoteka Krediti

Bank Respublika sizə həm Azərbaycan İpoteka Fondunun proqramına görə, həm də bankın öz vəsaitindən ipoteka kreditləri təklif edir. 250 000 AZN məbləğinədək ipoteka krediti almaq mümkündür.

ŞərtlərBankın öz vəsait hesabınaAİF fondun hesabına
Müddət 1ildən 7 ilədək 25 il
Faiz dərəcəsi 12% - 15% 8%
Məbləğ 5 000 - 250 000 AZN 50 000 AZN
İlk ödəniş 25%* 50%
Komissiya/Təhlil 0,7% 0,1%

* Bankın daxili ipoteka şərtlərinə uyğun olaraq, verilən kredit məbləği mənzilin likvid dəyərinin 50% çox ola bilməz.

İPOTEKA KREDİTİNİN ALINMASI ÜÇÜN TƏLƏB OLUNAN SƏNƏDLƏR

  • Borcalanın (birgə borcalanın) şəxsiyyətini təsdiq edən sənəd və sənədin notarial qaydada təsdiqlənmiş surəti.
  • Nikahın bağlanması (və ya boşanma) barədə şəhadətnaməsinin notarial qaydada təsdiqlənmiş surəti.
  • Borcalanla birgə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin şəxsiyyətini təsdiq edən sənədlərin notarial qaydada təsdiqlənmiş surəti.
  • Borcalanın (birgə borcalanın) yetkinlik yaşına çatmamış ailə üzvlərinin şəxsiyyət vəsiqələri və ya doğum haqqında şəhadətnamələrinin notarial qaydada təsdiqlənmiş surəti
  • Borcalanın (birgə borcalanın) əmək müqaviləsi və ya onun iş yerinin kadrlar idarəsi tərəfindən təsdiq edilmiş əmək kitabçasının surəti.
  • Borcalanın (birgə borcalanın) gəlirlərini təsdiq edən sənədlər (əsas və əgər varsa, əlavə iş yerindən arayış və s.).
  • İpoteka predmetinin qiymətləndirmə aktı.