Kredit haqqında

Avtokredit

AVTOMOBİL KREDİTLƏRİ

 

DəmirBank yeni və istifadə olunmuş avtomobil almaq istəyənlərə xüsusi və ümumi şərtlərlə avtomobil kreditləri təklif edir.

Avtomobil alınması üçün Bakı və Sumqayıt şəhərlərində yerləşən filiallar tərəfindən verilən kreditlərinin standart şərtləri:

 

Ərizəçinin qeydiyyatı Bankın filiallar ilə təmsil olunduğu inzibati rayon əraziləri (Bakı şəhərində yerləşən filiallar üçün məhdudiyyət yoxdur)
Ərizəçinin yaşı Min. 20 yaşı, maks. - 60 yaşı
Ərizəçinin iş yeri

1) Sabit maliyyə durumu olan özəl və ya dövlət müəssisə

2) Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər

Ərizəçinin son iş yerində minimum iş stajı

1) Fiziki şəxslərə - 6 ay

2)  Sahibkarlara - 12 ay sahibkarlıq fəaliyyəti

Məbləğ

1) Min. 5 000 AZN. Maks. 50 000 AZN

2) Kredit üzrə aylıq ödənişi  ərizəçinin aylıq xalis (vergiləri çıxmış) gəlirinin maksimum 70% təşkil etməlidir

Müddət Min. 3 ay., maks. 36 ay
Faiz dərəcəsi

1) Yeni maşınlar

A) İstehsal müddəti son 12 ay, bazar dəyəri  30 000 AZN-ə qədər olan avtomobillərdə - illik 21%

B) İstehsal müddəti son 12 ay, bazar dəyəri  30 000 AZN-dən yuxarı olan avtomobillərdə - illik 20%

2) İşlənmiş maşınlar
İstehsal müddəti son 12 aydan çox olan avtomobillərdə avans  80% olduqda -  illik 20%
Təminat

1) Alınan avtomobil;

2) Fərdi hallarda 3-cü şəxsin zaminliyi tələb olunur

Zaminə qarşı tələblər Ərizəçiyə tətbiq edilən tələblər
Əvvəlcədən ödəniş

1) İstehsal müddəti son 12 ay, bazar dəyəri  30 000 AZN-ə qədər olduqda – min. 50%

2) İstehsal müddəti son 12 ay, bazar dəyəri  30 000 AZN-dən yuxarı olduqda  – min. 40%

3) İstehsal müddəti son 12 aydan çox olduqda  - min. 80%

Əlavə şərtlər

1) Kredit yalnız verilən ana buraxılış ili 5 ildən artıq olmayan istifadə olunmuş və ya yeni minik avtomobil nəqliyyatı vasitələrinin alınması üçün verilir;

2) İşlənmiş avtomobil alınırsa, müstəqil qiymətləndirmə mütləqdir

Tələb edilən sənədlər

1) Şəxsiyyət vəsiqəsi;

2) Ərizəçinin iş yerindən arayış və ya arayış tipli sənədlər, yəni iş yerindən verilən vəsiqə / buraxılış kartı və gəlirləri təsdiq etmək üçün son 6 ay üzrə bank hesabından çıxarış (əmək haqqı üzrə);

3) Ərizəçinin başqa gəlir mənbələri təsdiq edən sənədlər;

4) Ərizəçi sahibkarlıq fəaliyyəti ilə məşquldursa, onun aylıq gəliri haqqında filialın biznes kreditlər üzrə mütəxəssisinin təhlili olmalıdır;

5) Qiymətləndirmə haqqında rəy və ya satıcı rəsmi diler olduqda, onun tərəfindən qiymətini təsdiq edən sənəd;

6) Sürücülük vəsiqəsi;

Ödəniş növü Aylıq annuitetlə
Eyni növlü malların kreditləşməsi 2 ədəd
Rəsmiləşdirilmə üzrə komissiyalar 1%
Sığorta

1) Bankın ümumi qaydalara uyğun olaraq;

2) Sığorta haqqının bir hissəsi, aşağıda qeyd olunmuş nisbətdə, kredit məbləğinə əlavə edilərək ödənilə bilər:

a) Müddət 24 aya qədər olduqda - sığorta haqqının 40%-ni;

b) Müddət 25-36 ay və ya daha artıq olduqda - sığorta haqqının 30%-ni;

Gecikməyə görə cərimə İkiqat faiz