Kredit haqqında

"ASAN" KREDİT

"ASAN" KREDİT

Ölkə ərazisində fəaliyyət göstərən dövlət və ya sabit maliyyə durumuna malik olan özəl müəssisə və təşkilatların əməkdaşlarına nağd pul kreditlərinin verilməsi nəzərdə tutulur.

Kreditin şərtləri:

Məbləğ – 300-10 000 AZN
Müddət – 3 – 36 ay
İ
llik faiz dərəcəsi (AZN) – 28-30%

Ödəniş qaydası – annuitet (aylıq bərabər hissələrlə)

Ərizəçi və zamindən tələb edilən sənədlər:

  • Şəxsiyyət vəsiqəsi
  • İş yerindən arayış (vəzifə, staj və əmək haqqı qeyd edilməklə), filialda elektron arayış əldə oluna bilər və ya gəlirin alternativ yolla təsdiq edən sənəd
  • Yaşayış yerindən arayış (tələb edildikdə)

Ərizəçiyə və onun zamininə qarşı tələblər:

  • Ərizəçi və onun zamini Azərbaycan Respublikasının vətəndaşı olmalıdır
  • Ərizəçi və onun zamini ölkə ərazisində fəaliyyət göstərən dövlət və ya sabit maliyyə durumuna malik olan özəl müəssisə və təşkilatların əməkdaşı olmalıdır
  • Ərizəçinin və onun zamininin son iş yerində əmək stajı 6 ay olmalıdır
  • Ərizəçinin və onun zamininin yaşı minimum 20, maksimum 65 olmalıdır
  • Kreditin məbləği 3000 AZN-dək olduqda zaminsiz

ÖDƏMƏ ÜSULLARI

Expressbank müştərilərin vaxtına qənaət etmək, xidmət keyfiyyətinin inkişafı, həmçinin həftənin bütün günləri 24 saat fasiləsiz xidmətinin inkişafı məqsədilə bir neçə rahat ödəmə üsulları təklif edir. Qeyd edək ki, əməliyyatlar onlayn rejimdə dərhal həyata keçir və müştərilərə müvafiq qəbz təqdim olunur.