Kredit haqqında

Expressbankın Kartları vasitəsilə əmək haqqı alan fiziki şəxslərə verilən kreditlər

EXPRESSBANKIN KARTLARI VASİTƏSİ İLƏ ƏMƏK HAQQI ALAN FİZİKİ ŞƏXSLƏRƏ VERİLƏN KREDİTLƏR

Bu məhsul çərçivəsində, ölkə ərazisində fəaliyyət göstərən və Bankla əmək haqqı layihəsi çərçivəsində əməkdaşlıq edən dövlət və ya sabit maliyyə durumuna malik olan özəl müəssisə və təşkilatların əməkdaşlarına nağd formada istehlak kreditlərinin verilməsi nəzərdə tutulur.

Kredit üçün müraciət etmiş ərizəçiyə və onun zamininə qarşı tələblər:

• Ərizəçi və onun zamini Azərbaycan Respublikasının vətəndaşı olmalıdır
• Ərizəçi və onun zamini ölkə ərazisində fəaliyyət göstərən və Bankla əmək haqqı layihəsi çərçivəsində əməkdaşlıq edən dövlət və ya sabit maliyyə durumuna malik olan özəl müəssisə və təşkilatların əməkdaşı olmalıdır.
• Ərizəçinin və
zaminin son iş yerində əmək stajı 6 aydan az olmamalıdır.

• Ərizəçinin və onun zamininin kredit sənədləşdirilən günə minimum 20, maksimum 65 yaşı olmalıdır ( kredit müqaviləsinin bitmə tarixinə Ərizəçinin maksimum 65 yaşı olmalıdır )

Kreditin şərtləri:
• Məbləğ: maks.12 000 AZN
• Valyuta: AZN, USD
• Müddət: 12-36 ay
• Faiz dərəcəsi: illik 20 %

FİFD - min. 24.48% maks. 23.93%

• Ödəniş qaydası: annuitet (aylıq bərabər hissələrlə)

Qeyd:
• Kredit məbləği ərizəçinin xalis əmək haqqısının 10 mislindən çox olmamalıdır.
• Kredit məbləği ərizəçinin xalis əmək haqqısının 5 mislinədək (maks. 3000 AZN / Vəzifəli şəxs üçün 6000 AZN ) qədər olduqda zamin tələb olunmur  və ya kreditin məbləği xalis əmək haqqının 7 mislinə ( maks. 5000 AZN/ Vəzifəli şəxs üçün 8000 AZN ) qədər olduqda illik faiz dərəcəsi +3 %-lə zaminsiz verilə bilər. 

Ərizəçi və zamindən tələb edilən sənədlər:
• Şəxsiyyət vəsiqəsi
• Yaşayış yerindən arayış (tələb edildikdə)
• İş yerindən arayış (vəzifə, staj və əmək haqqı qeyd edilməklə) və ya gəliri alternativ yolla təsdiq edən sənədlər

Qeyd:

• vaxtı keçmiş şəxsiyyət vəsiqəsi qəbul edilmir.