Kredit haqqında

EXPRESSO

Expresso kart – həm debet, həm kredit xətti xüsusiyyətlərini özündə birləşdirən və bir sıra başqa üstünlüklərə malik mükəmməl bank məhsuludur.

Kаrt üzrə şərtlər:

Kartın növü - MasterCard Standard Contactless
Kart hesabının valyutası - AZN
Kreditin məbləği - 500 – 3000 AZN
Kartın müddəti - 48 ay
Güzəşt müddəti - istifadə edildiyi tarixdən növbəti ayın 5-dək
Kart üzrə xidmət haqqı - 5 AZN
Kredit kartı üzrə illik faiz dərəcəsi - 28%
Debet qalığına hesablanacaq faiz dərəcəsi - 3%
SMS – Banking - Pulsuz
Kredit xətti üçün yaş həddi – 20-65 yaş

Ərizəçidən tələb edilən sənədlər:

  • Şəxsiyyət vəsiqəsi
  • Əmək haqqı kartından rəsmi çıxarış və ya filiallarda əldə olunmuş iş yerindən elektron arayış

Expresso kart-ın üstünlükləri:

  • Ödənilən məbləğ kartda bərpa olunur və təkrar istifadə oluna bilər
  • Bankomat vasitəsi ilə istənilən vaxt nağdlaşdırma mümkündür
  • Müştəri kartdan istifadə etdiyi zaman, məbləği 35 günədək qaytardıqda (növbəti ayın 5-dək) faiz hesablanmır. Güzəşt müddəti bitdiyi tarixdən etibarən faizlərin hesablanması həyata keçirilir və hesablanmış faizlər cari ayın son iş günü ödənməlidir.
  • Expressbank-ın plastik kartları ExpressClub layihəsində iştirak etdiyindən Expresso kartı ilə müştərilər ölkədaxili POS-terminallar vasitəsilə alış-veriş edərkən xərclədikləri məbləğin 20%-dək hissəsini kartlarına geri - “Cash back” alırlar.
  • Expresso həm də debet kart kimi istifadə olunur və karta yerləşdirdirilən 100 AZN-dən 10 000 AZN-dək pul vəsaitinə görə müştərilər illik 3% gəlir əldə edirlər.
  • 4 dizayn əsasında təqdim edilən Expresso müştərinin seçimi əsasında zövqünə uyğun sifariş edilir. Beləcə, Expresso kartınız nəinki xüsusiyyətlərinə görə, həm də gözəlliyinə görə unikal karta çevrilir.
  • Expresso kart MasterCard Standard Contactless tipli olduğundan ödəniş zamanı kartı POS-terminala daxil etmədən və PİN-kodu yığmadan, sadəcə  terminala yaxınlaşdırmaqla məsafədən ödənişin aparılması mümkündür.

Expressbank müştərilərin vaxtına qənaət etmək, xidmət keyfiyyətinin inkişafı, həmçinin həftənin bütün günləri 24 saat fasiləsiz xidmətinin inkişafı məqsədilə bir neçə rahat ödəmə üsulları təklif edir. Qeyd edək ki, əməliyyatlar onlayn rejimdə dərhal həyata keçir və müştərilərə müvafiq qəbz təqdim olunur.