Kredit haqqında

Mikro Kreditlər

Mikro Kreditlər


Bu məhsul çərçivəsində, ölkə ərazisində sahibkarlıq fəaliyyəti ilə məşqul olan fiziki şəxslərə fərdi tələbatlarını ödəmək məqsədi ilə istehlak kreditlərinin verilməsi nəzərdə tutulur.

Kredit üçün müraciət etmiş ərizəçiyə və onun zamininə qarşı tələblər:

• Ərizəçi və onun zamini Azərbaycan Respublikasının vətəndaşı olmalıdır
• Ərizəçi ölkə ərazisində sahibkarlıq fəaliyyəti ilə məşqul olan fiziki şəxs olmalıdır. 
• Zamin qismində çıxış edən şəxs ölkə ərazisində fəaliyyət göstərən dövlət və ya sabit maliyyə durumuna malik olan özəl müəssisə və təşkilatların əməkdaşı və ya ölkə ərazisində sahibkarlıq fəaliyyəti ilə məşqul olan fiziki şəxs olmalıdır.
• Ərizəçi və onun zamini ən azı 6 ay müddətində sahibkarlıq fəaliyyəti ilə məşqul olmalıdır.
• Ərizəçinin və onun zamininin kredit sənədləşdirilən günə minimum 20, maksimum 60 yaşı olmalıdır.

Kreditin şərtləri:
• Məbləğ: min.500-maks.15000
• Valyuta: AZN, USD
• Müddət: 36 ayadək
• Faiz dərəcəsi: 27%-dən başlayaraq
• Güzəşt müddəti:
1 aydan 6 aya qədər
• Ödəniş qaydası: annuitet (aylıq bərabər hissələrlə)

Ərizəçi və zamindən tələb edilən sənədlər:
• Şəxsiyyət vəsiqəsi
• Yaşayış yerindən arayış (tələb edildikdə)
• Zaminin iş yerindən arayış (vəzifə, staj və əmək haqqı qeyd edilməklə) (Zamin müəssisə və ya təşkilat əməkdaşı olduqda).

Qeyd:
• vaxtı keçmiş şəxsiyyət vəsiqəsi qəbul edilmir.

Təminat  üzrə tələb:
• Kreditin məbləğindən asılı olaraq yaşayış və qeyri-yaşayış sahələri, qızıl, şərti girov və ya zamin. Zamin dövlət və ya özəl müəssisədə çalışan şəxs və ya fərdi sahibkar ola bilər.