Kredit haqqında

Güzəştli ipoteka kreditləri

Sənədlər

İpoteka kreditinin alınması üçün tələb olunan sənədlər

  • Borcalanın (birgə borcalanın) şəxsiyyətini təsdiq edən sənəd və sənədin notarial qaydada təsdiqlənmiş surəti.
  • Nikahın bağlanması (və ya boşanma) barədə şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surəti.
  • Borcalanla (birgə borcalanla) birgə yaşayan yetkinlik yaşına çatmış və yetkinlik yaşına çatmamış ailə üzvlərinin şəxsiyyətini təsdiq edən sənədlərin notarial qaydada təsdiqlənmiş surəti.
  • Borcalanın (birgə borcalanın) ailə tərkibi haqqında arayışı
  • Borcalanın (birgə borcalanın) əmək müqaviləsi və ya onun iş yerinin kadrlar idarəsi tərəfindən təsdiq edilmiş əmək kitabçasının surəti. (hər səhifəsi təsdiqlənməlidir)
  • Borcalanın (birgə borcalanın) gəlirlərini təsdiq edən sənədlər (əsas və əgər varsa, əlavə iş yerindən arayış, əmək haqqı kartlarından bank çıxarışları və s.)
  • İpoteka predmetinin qiymətləndirmə aktının əsli tam şəkildə
  • Borcalanın özünün və yoldaşının doğum şəhadətnamələrinin surəti notarial təsdiqlənmiş surəti
  • Borcalanın DSMF və Əmək haqqı kartının yalnız üz hissəsinin surəti
  • Borcalanın (birgə borcalanın) iş yeri özəl müəssisə olduqda borcalanın (birgə borcalanın) son 12 ay ərzində fərdi şəxsi hesabında yazılan məlumatlardan çıxarış (B3 forma özəl müəssisə tərəfindən təsdiqlənmiş) və özəl müəssisənin son 1 ilinin vergi bəyanaməsi (Müvafiq vergi orqanının təsdiqilə)

Borcalan güzəştli kateqoriyaya aid olduqda əlavə olaraq təqdim olunmalı sənədlər

  • Borcalanın güzəştli kateqoriyaya aid olmasını təsdiq edən sənəd.

İstifadə qaydaları

Güzətli ipoteka kreditlərdən aşağıdakı şəxslərin istifadə etmək hüququ vardır:

Gənc ailənin üzvü olan aşağıdakı şəxslər:

  • Şəhid ailəsinin üzvü (əri/arvadı, övladları);
  • Milli Qəhrəman (özü, əri/arvadı, övladları);
  • Məcburi köçkün və ya ona bərabər tutulan şəxs;
  • Üç ildən az olmayan müddətdə dövlət qulluqçusu işləyən şəxs;
  • Elmlər namizədi və ya doktoru elmi dərəcəsi olan şəxs;
  • İdman sahəsində xüsusi xidmətləri olan şəxslər (fəxri bədən tərbiyəsi və idman xadimi, ölkə miqyaslı yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışların mükafatçıları (I, II və III yerlər);
  • Üç ildən az olmayan müddətdə hərbi xidmətdə olan (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan başqa), eləcə də ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları.