21 bank 80 milyon dollar aldı

2016-04-11

Bu gün Azərbaycan Mərkəzi Bankının müntəzəm hərracları vasitəsilə hərrac təşkil edilib.

Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) verilən məlumata görə, Fond tərəfindən 100 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılmış, bu vəsaitdən 80 milyon ABŞ dolları məbləğində vəsait 21 banka satılmışdır.

Hərracda tələbin təklifdən az olması ilə əlaqədar olaraq Dolların Manat qarşısında bir qədər ucuzlaşacağı gözlənilir.

Bu gün rəsmu USD/AZN məzənnəsi 1.5269 səviyyəsində elan edilib.

mənbə:marja