30 ilin dibinə endi

2016-06-24

Funt-sterlinq, Böyük Britaniya xalqının çoxunun Avropa Birliyindən çıxmağa səs verməsi ilə tarix yazır.

İngilis pul vahidi rekord sürətdə düşərək 1985-ci ildən bu yana ən zəif səviyyəsinə enib. Səhər saatlarında açıqlanan ilkin nəticələrə görə, "ayrılma" tərəfdarları 300,000 səs öndə gedir.

Cümə günü Funt-sterlinq Dollar qarşısında 9% ətrafında ucuzlaşıb və 1.3616 dollara geriləyib. Böyük Britaniyanın pul vahidi erkən saatlarda 1.3467 dollar ilə 1985-ci ildən bu yana ən aşağı səviyyəsini də görüb.

Bu gün Funt-sterlinq üçün tarixinin ən pis günüdür.

1.50-YƏ ÇIXMIŞDI

Dünən Funt-sterlinq, "YouGov Plc şirkətinin apardığı sorğuda "Qalma" tərəfdarlarının 52 faiz olduğunu göstərməsinin ardından, Dekabr ayından bu yana ilk dəfə 1.50 dollar səviyyəsinin üzərinə çıxmışdı.

Funt-sterlinq, Avropa Valyuta Mexanizmindən çıxmaq məcburiyyətində qaldığı 1992-si ildəki "Qara Çərşənbə"də 4.1 faiz düşmüşdü.