31 bank Dollar aldı

2016-06-28

Bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 50 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılmış və 31 banka satılmışdır. Bu barədə "Marja"ya Fonddan bildirilib.

"İl ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcəkdir",- Fondun məlumatında deyilir.

mənbə:marja