Bakıda mənzilin 1 kvadrat metri 850 manata düşdü

2016-06-28

Bakının Azadlıq prospektində (Rəsulzadə qəsəbəsi) iri yaşayış kompleksinin tikintisinə başlanılıb.

"Azadlıq Residence" adlanan yaşayış kompleksi 7 blokdan ibarətdir. Kompleks “Relt House” MMC-nin sifarişi ilə “Lider Momolit” MMC tərəfindən tikilir.

"Azadlıq Residence"də mənzilin 1 kvadrat metri 850 manata satılır. Mənzillər 0% daxili kredit ilə də əldə etmək olar. 25-30% ilkin ödəniş etməklə, qalan məbləği  maksimum 60 ay ərzində ödəmək mümkündür.

Kompleks 1,5 ildən sonra təhvil veriləcək.

Gələcəkdə  Azadlıq prospekti boyunca bir neçə kompleksin tikilməsi nəzərdə tutulur.

Qeyd edək ki, devalvasiyalardan əvvəl Bakıda mərkəzə yaxın ərazilərdə mənzilin 1 kv.m-nin qiyməti 1000-1200 manat arasında dəyişirdi.

mənbə:marja