“Bank BTB” işçi axtarır – VAKANSİYA 670

2016-04-20

Bank “BTB” baş hüquqşünas vəzifəsinəə qəbul elan edir. Bankdan fins.az-a verilən məlumata görə, ali hüquq təhsilli, bank və digər kredit təşkilatlarında hüquq sahəsindəən azı 2 il təcrübəsi olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilər. İşlə bağlı son müraciət tarixi aprel ayının 30-dur.
Namizədə dair tələblər
- ali hüquqi təhsil;
- bank və digər kredit təşkilatlarında hüquq sahəsindəən azı 2 il təcrübə;
- dəqiqlik bacarığı;
- hüquqları müdafiə edə bilmə bacarığı;
- məsləhət vermək bacarığı;
Vəzifə öhdəlikləri:
- Bank tərəfindən müqavilələrin hazırlanmasında iştirak edir;
- Bankın adından bağlanılan bütün növ əqdlərin standart formalarını hazırlayır, onlara əlavə və dəyişiklikləri edir;
- Bank fəaliyyəti ilə əlaqədar yeni qəbul olunmuş normativ-hüquqi aktlar barədə Bankın aidiyyəti əməkdaşlarını məlumatlandırır .
- Bank tərəfindən bağlanılarn müqavilələrə rəy verir;
- Bankın fəaliyyətində yol verilən qanun pozuntusu ilə bağlı daxil olan şikayət, ərizə və digər müraciətlərə baxır;
- Bankın fəaliyyətində yaranan hüquqi məsələlər ilə bağlı rəylər verir və hüquqi yardım göstərir;
- Dövlət və ictimai təşkilatlarda hüquqi məsələlərə baxılmasında bankın maraqlarını təmsil edir;
- Bankın fəaliyyətində qanunçuluğun təmin edilməsində və onun qanuni  maraqlarının müdafiə edilməsi üzrə departamentin işində iştirak edir;
- Bank üçün hüquqi əhəmiyyətli nəticələr yaradan bütün sənədlərin  hüquqi ekspertizasını aparır;
- Müştərilərin yazılı və şifahi müraciətlərinin müvafiq normativ aktda    göstərilən müddətdə və qaydada toplayır, baxır və cavablandırır;
- Baxılan müraciətlərə dair statistikanı aparır və ümumiləşdirir;
- Müştərilərin hüquqlarının, qanuni mənafelərinin və etik davranış qaydalarının pozulması hallarının aşkarlarlanması üçün araşdırmalar aparır;
- Müştərilərin müraciətləri ilə əlaqədar Mərkəzi Bankın sorğularını araşdırır və cavablandırır;
- Müraciətlərin reyestrdə qeydiyyatını aparır
- Müştəri müraciətlərinin əsas səbəblərinə dair statistikanın  aparılmasının nəticələri barədə Departament direktoruna hesabatlar təqdim edir;
- Müştərilərin hüquqlarının, qanuni mənafelərinin qorunması və etik davranış qaydalarında çatışmazlıqların aradan qaldırılması istiqamətində Departament direktoruna müvafiq təkliflər hazırlayır.
Namizədlər öz CV-lərini cv@btb.az elektron ünvanına göndərə bilərlər. Müraciət edilən vəzifənin adını email-in mövzu hissəsində (Baş hüquqşünas) göstərilməlidir.