Bank kartınızdan xərclədiyiniz vəsaitin bir hissəsinin kartınıza qayıtmasını istəyirsiniz?

2017-07-20

Bank kartınızdan xərclədiyiniz vəsaitin bir hissəsinin kartınıza qayıtmasını istəyirsiniz? Unibankın debet kartları sizə bu imkanı yaradacaq. İndi Unibank-ın bütün əmək haqqı kartları və eləcə də ALBALI PLUS kredit və ALBALI PLUS debet kartlarında Cashback xidməti var.

“Cashback” xidməti nədir və işləmə metodu necədir?

  • Unibank kartları ilə edilmiş Nağdsız əməliyyat məbləğinin müəyyən hissəsi müştərinin kart hesabına geri qaytarılır.
  • “Cashback” xidmətinin qoşulu olduğu partnyor və qeyri partnyor şəbəkədə cashback faizləri haqqında ətraflı məlumat buradan əldə edə bilərsininz.
  • Millikart prosessinq mərkəzinə daxil olan və ya ona birbaşa bağlantısı olan bankların POS terminalı vasitəsilə əməliyyat zamanı – 0 %
  • Digər prosessinq mərkəzlərinə daxil olan yerli və xarici bankların POS terminalı vasitəsilə əməliyyat zamanı premium növ kartlarda 0.3 %, standart növ kartlarda 0.1 %
  • Premium növ kartlara Mastercard / Visa Gold və Platinium, Visa İnfinity kartlar aiddir. Digər kart növləri standart növə daxildir
  • Cashback məbləği AZN valyutasında xüsusi cashback cari hesabında toplanır
  • Kart sahibləri Cashback məbləğini xüsusi cashback cari hesabından çıxarışlarında görə biləcəklər.


Bu əməliyyatlara görə cashback bonusu hesablanmır:

  • Nağd əməliyyatlar,
  • Pul köçürmələri (CardToCard, CashByCode, VisaDirect, MoneySend)
  • Komunal, Mobil ödənişlər, Stasionar telefonlar, İnternet/TV xidmət ödənişləri
  • Kredit ödənişləri,
  • Birja – Forex əməliyyatları,
  • Mərc oyunu saytlarında (Quasi cash/gambling) edilən əməliyyatlar
  • Cashback layihəsinə partnyor mağazalarda, daha öncədən endirimdə olan məhsulları alarkən cashback faizi hesablanmır.
  • Taksit əməliyyatlar