Bank of Baku işçi axtarır - VAKANSİYA

2016-02-19

“Bank of Baku” Xaçmaz filialına problemli kreditlər üzrə ekspert vəzifəsinə işçi axtarır..Bankdan fins.az-a verilən məlumata görə, orta təhsilli, azərbaycan dilini əla səviyyədə bilən,1 iş təcrübəsi olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi dekabr ayının 19-dur.
Vəzifə öhdəlikləri:
- Bilavasitə özünə təhkim olunan portfeli yüksək keyfiyyətlə təqib edir və icraatında olan işlər üzrə görülmüş tədbirlərin qeydiyyatını aparır 
- Müştəri, zamin və s. aidiyyatı şəxslərin ünvanlarına, iş yerlərinə xəbərdarlıqlar və bildirişlər göndərir 
- Gecikən kredit borclarının ödənilməsinin təmin edilməsi istiqamətində qanunvericiliyə, bankdaxili korporativ aktlara və müştəri ilə bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq tədbirlər görür 
- Gördüyü işlər barədə mütəmadi olaraq şöbə müdirinə hesabat təqdim edir
Namizədə dair tələblər
- Yaş: 25-35 
- Azərbaycan dili biliyi - əla 
- Yüksək ünsiyyətqurma bacarığı 
- Stressə davamlılıq 
- Nəticəyə yönəliklik 
- MS Office proqramlarında işləmək bacarığı
Əmək haqqı: 300 manat
Tələblərə uyğun namizədlər CV-lərini hr@bankofbaku.com ünvanına göndərə bilərlər.(Məktubun subject qrafasında vəzifənin adı qeyd edilməlidir)
Telefon: (012) 447 00 55
Ünvan: Bakı şəh., AZ1069, Atatürk pr. 42
Telefon: (012) 447 00 55
office@bankofbaku.com