Banklara Dollar xəbərdarlığı

2016-06-28

Maliyyə Nəzarəti Palatası dollar satışını süni surətdə daynadıran və dollar qıtlığı yaradan banklara xəbərdarlıq edib.

Bank mənbələrindən əldə edilən məlumata görə, iyunun 25-də Maliyyə Bazarlarına Nəzarət Palatası bankların dollar satışını dayandırması ilə bağlı monitorinq keçirib. Nəticədə valyuta satışına süni şəkildə maneə yaradan banklar cəzalandırılıb. Bundan sonra bütün banklarda dollar satışı bərpa edilib. Bu gün banklarda dollar satışı bərpa olunub.

Bank mütəxəssisləri hesab edirlər ki, dolların satışının dayandırılması bankları ehtiyatlı davranmaları ilə baağlıdır.

Bundan əlavə, banklarda devalvasiyanın sürətlənməsi ilə bağlı gözləntilər də var. Belə ki,  ötən həftə Britaniya funt sterliqi  10 faiz ucuzlaşıb.  Qarşıdakı günlərdə isə daha 5 faiz ucuzlaşması gözlənilir. Bütün bu amillər banklarda dolların rəsmi məzənnədən artıq satımasına səbəb olub. Bu gün  1 dollar 1,59 manata dəyişdirilir.  Mütəxəssislər  həftə ərzində  Mərkəzi Bankın məzənnəni  bir qədər də  artıracağını pronozlaşdırırlar.

Yeri düşmüşkən, Bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 50 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılmış və 31 banka satılmışdır. Bu barədə "Marja"ya Fonddan bildirilib.

"İl ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcəkdir",- Fondun məlumatında deyilir.

 

Mənbə: Fins