Bu şəhərdə internet pulsuz olur

2016-02-25

Dünyada Kopenhagendən sonra daha bir şəhər pulsuz internet xidməti göstərəcək.

Cənubi Koreyanın paytaxtı Seulda, şəhərin ictimai yerlərində kabelsiz internetin gələn ildən etibarən pulsuz olacağı açıqlanıb.

Seul Bələdiyyəsi pulsuz internet xidməti üçün qarşıdakı 5 il ərzində 374 milyon dollarlıq sərmayə qoyulacağını bildirib.

Kopenhagen kimi Seul bələdiyyəsi də, pulsuz internetin müasir dünyada artıq əsas bir "insan haqqı" kimi qiymətləndirilməsi lazım olduğunu bildirib.

Kopenhagen Bələdiyyəsi 2008-ci ildə verdiyi qərar ilə şəhərin müxtəlif bölgələrində yaradılan hotspotlar (internet çıxış nöqtələri) yaratmış və pulsuz internet xidməti təmin etməyə başlamışdı.