Dünya birincilərinin “ ikinci yarıları” - TOP 10

2016-02-15

1.Almaniya kansleri Anqela Merkel kimya üzrə professor Yoaxim Zauerlə evlidir. Merkel soyadi isə kanslerə boşandığı birinci ərindən qalıb. Merkelin öz uşağı yoxdur, ərinin isə birinci nikahdan 2 oğlu var.

2. Böyük Britaniyanın baş naziri Devid Kemeronun xanımı Samanta Şeffilddir. Onların 4 uşağı olub. Böyük oğulları epilepsiyadan əziyyət çəkib və 7 il əvvəl vəfat edib. Kiçik qızları isə atası baş nazir postu tutduğu 2010-cu ildə doğulub.

3. ABŞ prezidenti Barak Obama Mişel Obama ilə 1992-ci ildən evlidir. 2 qızları var. Kiçik qızları Nataşanı öz aralarında Saşa adlandırırlar. Nataşa adı ona Aleksandr Puşkinin arvadı Natalya Qonçarevanın şərəfinə verilib.

4. Rusiyanın baş naziri Dmitri Medvedyev 1989-cu ildə Svetlana ilə evlənib. Onların İlya adlı oğulları var və artıq tələbədir.

5. İtaliya baş naziri Matteo Rensi Aneze Landini ilə 1999-cu ildən nikahdadır. Onların 3 övladı var.

6. 2009-cu ildə Şimali Koreyanın dövlət televiziyası lider Kim Çen Inın Li Sol Yu ilə nikahı barədə məlumat verib. Onların bir qızı var.

7. Yunanınstan baş naziri Aleksis Çipras Pristepa Baziana ilə vətəndaş nikahında yaşayır. Onlar hələ məktəbdə oxuyarkən birgə Yunanıstan Kommunist Gənclər İttifaqına daxil olublar. 2 oğulları var. Onlardan biri Çe Qevaranın şərəfinə Ernesto adlandırılıb.

8. Serbiya prezidenti Tomislav Nikolanın xanımının adı Draqisadır və onların 2 oğlu var.

9. Venesuela prezidenti Nikolas Maduro özündən 10 yaş böyük Siliya Floreslə evlidir. Siliya Flores siyasi xadimdir.Onlar Uqo Çavesin sayəsində tanış olublar. Maduro Çavesin şəxsi sürücüsü və mühafizəçisi olub. Siliya isə bu zaman Çavesin vəkillərindən biri idi.

10. Gürcüstan prezidenti Georgi Marqvelaşvili aktrisa və rəssam kimi tanınan Maka Çuya ilə evlidir. Maka daha əvvəl bir dəfə ailəli olub və bir qızı var.