Dünyanın ən ucuz şəhərlərinin reytinqi açıqlandı

2016-06-13

Transfer axtarışı üzrə ixtisaslaşan Norra xidməti istirahət üçün dünyanın ən ucuz şəhərlərinin reytinqini dərc edib. Reytinqin tərtibatında bir nəfərin oteldə günlük qalması, taksi, yemək və içki kimi xərclərin  ortalama qiyməti dəyərləndirilib.

Azbüdcəli istirahət üçün yararlı olan şəhərlər reytinqinə 19 məkan daxil olub ki, bunlar arasında plyajları ilə məşhur Cənub-Şərqi Asiya adalarından tutmuş şəhər gəzintiləri təklif edən Avropa şəhərləri var.

Məlum olub ki, ən ucuz şəhər Budapeştdir (Macarıstan). Burada bir badə şərab 5 dollara, bir fincan qəhvə isə 1,25 dollara başa gəlir, yemək üçün isə turist gün ərzində orta hesabla 27,5 dollar xərcləyir. Xərclərin ən bahalı bəndi oteldir. Budapeştdə otelin günlük ortalama qiyməti 32,8 dollar təşkil edir.

İkinci yerdə Tenerife (İspaniya) qərarlaşıb. İspan kurortunda bir sutka ərzində turist 83 dollar xərcləyir.

Banqkoka (Tayland) səyahət bundan bir az baha başa gəlir - sutkada təqribən dollar 87.

Dördüncü yerdə Hanoydur (Vyetnam) - 93 dollar.

Daha sonra Keyptaun (CAR) gəlir - 93 dollar.

Səyahət üçün ən ucuz şəhərlərin ilk onluğuna həmçinin Portuqaliyanın Faruşəhəri (95,5 dollar), Oklend (103 dollar), Korfu (110 dollar) Şarm-əl-Şeyx(111 dollar) daxil olub.

10 və 11-ci yerlərdə qərarlaşan Kuala-Lumpur və Berlinə səyahət eyni qiymətə başa gəlir - 114,83 dollar. Bu arada Malayziya paytaxtında yaşayış və alkoqollu içkilər Avropanın İttifaqının mərkəzindən daha bahadır. Berlində isə taksi qiymətləri yüksəkdir: 3 km-lik məsafəyə görə turist 13 dollar ödəməli olacaq. Bu reytinqə düşən şəhərlər arasında ən bahalı taksi qiymətləridir.

Çexiyanın paytaxtında məzuniyyət Berlindən daha baha başa gələcək. Burada turistlər bir gün qalmaq üçün 134 dollar ödəyirlər.

Daha baha qiymətlər Rio-de-Janeyro və Barselonadadır - müvafiq olaraq sutkada 148 və 159 dollar.  Siyahını sutka ərzində 171 dollar xərclənən Phuket bağlayır.

Mənbə: Anspress