“DəmirBank”-dan xanımlara hədiyyə

2016-03-02

Hər zaman müxtəlif kampaniyalarla müştərilərini sevindirən “DəmirBank”, bu dəfə də qarşıdan gələn “8 Mart - Beynəlxalq Qadınlar Günü” münasibətilə xanımlar üçün hədiyyə aksiyasına start verib.

Aksiya çərçivəsində “DəmirBank” xanımlara ödənişləri asanlaşdıran və təhlükəsizliyi təmin edən plastik kartlar hədiyyə edir. Belə ki, Bankın istənilən filialına müraciət edən xanım müştərilər istəklərinə uyğun olaraq 1 ədəd 1 illik müddətə debet kart (VİSA Electron, VİSA Classic, Maestro və MasterCard Standart) əldə edə bilərlər. Kampaniyanın müddəti 3-7 mart tarixlərini əhatə edir.

Qeyd etmək lazımdır ki, “DəmirBank” müştərilərin internet ödənişlərinin təhlükəsizliyini təmin etmək məqsədilə bütün plastik kartlarını 3D Secure xidmətinə qoşub. Hər bir ödəniş zamanı, kart sahibinin mobil nömrəsinə avtomatik olaraq SMS  şifrə göndərilir ki, bu əməliyyatların təhlükəsizliyini daha da artırır və vəsaitlərin internet fırıldaqçılardan qoruyaraq, alış-veriş prosesini daha rahat edir. Həmçinin, Bankın müştəriləri pul vəsaitlətinin göndərilməsi prosesinin sürətləndirən “Card-to-Card” və “Cash by Code” xidmətlərindən istifadə edə bilərlər.

Ölkənin ilk kommersiya banklarından biri olan “DəmirBank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan “Avropa Yenidənqurma və İnkişaf Bankı” və “Hollandiya İnkişaf Maliyyə Şirkəti” (FMO) daxildir.

 

Bankla əlaqə saxlamaq üçün:

Məlumat Mərkəzi :  (012) 149

http://www.demirbank.az/?/az/

www.facebook.com/demirbank.az