DəmirBank Zolotaya Korona pul köçürmə sisteminə qoşuldu

2016-02-25

DəmirBank "Zolotaya Korona" sistemi ilə təcili pul köçürmə xidmətlərini yenidən bərpa edib. Bu sistem vasitəsilə DəmirBank müştəriləri üçün MDB və digər xarici ölkələrə 1%-dən başlayan (göndərilən məbləğ və istiqamətdən asılı olaraq) tariflərlə çox sərfəli şərtlərlə pul köçürmək imkanı yaradılıb. Bununla bərabər, pul köçürən müştərilər xüsusi "Tarif 0%" aksiyasından da yararlana bilərlər. Aksiyanın şərtlərinə əsasən xidmətin məzənnəsi üzrə konvertasiya ilə valyuta köçürməsi edilən zaman heç bir komissiya haqqı tutulmur. Köçürmələr ani, ünvansız və hesab açılmadan həyata keçirilir.

"DəmirBank sosial yönümlü maliyyə institutudur və əsas məqsədi müştərilərin rahatlığını edən müasir bank xidmətlərini geniş spektrda təqdim etməkdir. "Zolotaya Korona" sistemi yalnız pul köçürmələrinin sürətli deyil, həmçinin onların təhlükəsiz və ucuz çatdırılmasını təmin edir. Məhz bu xüsusiyyətləri bizim müştərilərimiz yüksək qiymətləndirir" - deyə DəmirBank ASC İdarə Heyəti Sədrinin müavini Azər Hümbətov bildirib.

"Biz Azərbaycan bankları ilə əməkdaşlıq əlaqələrimizi inkişaf etdirərək ən müasir maliyyə xidmətlərinin kütləviləşməsinə nail olmağa çalışırıq. Şadıq ki, bizim yeni əməkdaşımız Azərbaycan bank sektorunun liderlərindən biri olan DəmirBank qabaqcıl texnologiyaların inkişafı və daha çox tələb olunan maliyyə məhsullarının çeşidliliyini artırmağa xüsusi diqqət yetirir" - deyə "Zolotaya Korona - Pul köçürmələri" xidmətinin direktoru İvan Sitnov qeyd edib.

Qeyd etmək lazımdır ki, DəmirBank-ın "Pul köçürən və alanlara mobil danışıq kartı hədiyyə" kampaniyası çərçivəsində "Zolotaya Korona" sistemi üzrə pul göndərənlərə və pul alanlara mobil danışıq kartı da hədiyyə edilir. Belə ki, Bankın filiallarında ən azı 500 AZN/USD/EUR  və ya 15000 RUR məbləğində pul köçürən müştərilərə istəklərindən asılı olaraq mobil rabitə sisteminin 1 manatlıq, köçürmə məbləği ən azı 2000 AZN/USD/EUR və ya 60000 RUR olduqda isə 2 manatlıq mobil danışıq kartı hədiyyə olunur.

 

www.demirbank.az/?/az/

www.facebook.com/demirbank.az