Expressbank əmanətçilərini mükafatlandırmaqda davam edir

2016-01-21

Expressbank müştərilərə “Mükafat” əmanətini təqdim edir. Müştərilər bu əmanət növü üzrə vəsait yerləşdirməklə həm Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığortalanacaqlar, həm də daha çox gəlir əldə edəcəklər.

Əmanətin xüsusi üstünlüyü ondan ibarətdir ki, müddət və faizlərin ödənilmə növündən asılı olaraq, müştərilər müqavilə müddətinin sonunda Expressbank-dan əmanətin həcminin 15%-dək mükafat ala biləcəklər. Bundan başqa müştərilərə bank kartı da hədiyyə olunur.

“Mükafat” əmanəti 1, 2, 3, 4 və 5 illik müddətə yerləşdirilə bilər. Əmanətin illik faiz dərəcəsi müddətdən asılı olmayaraq 7% təşkil edir. Müştərilərinin istəyindən asılı olaraq faizlər aylıq və ya müddətin sonunda ödənilə bilər. Əmanət hesabı açmaq üçün minimum 500 AZN / USD tələb olunur.

Expressbank-ın xidmət şəbəkəsi 18 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 90-dək bankomat, 7500-dək POS terminal və 400-dək ExpressPay ödəniş terminalı vardır.

 

www.expressbank.az

www.facebook.com/Expressbank