İşçilərinə 23 milyon manat xərcləyən bank

2016-06-21

PAŞA Bank işçilər üzrə xərclərini 2 dəfəyə yaxın artırıb.

20 İyun 2016-cı il tarixində keçirilmiş mətbuat konfransında Bankın İdarə Heyətinin üzvü, Baş Maliyyə İnzibatçısı Xəyalə Nağıyeva bildirib ki, 2015-ci ildə cəmi ümumi və inzibati xərclər 43 milyon 100 min manat təşkil edib. Bu, 2014-cü illə müqayisədə 68,3% çoxdur.

Ümumi və inzibati xərclərin yarısını və ya 21 milyon 835 min manatını işçilər üzrə xərclər təşkil edib. 2014-cü illə müqayisədə işçilər üzrə xərclər 2 dəfəyə yaxın artıb. Bank 2014-cü ildə işçilər üzrə cəmi 11 mlyon 6 min manat xərcləmişdi.

Ötən il, PAŞA Bankın proqram təminatı xərcləri 3 dəfə artmış, reklam, xeyriyyə və sponsorluq xərcləri isə 23% azalmışdır.

“Bankın böyüməyə davam etməsi ilə əlaqədar olaraq xərclər də artmışdır”, - Xəyalə Nağıyeva qeyd edib.

mənbə:marja