Kapital Bankın sədr müavini Manatdan danışdı

2016-06-24

“Son 3 ayda manatın məzənnəsi sabitləşib. Hal-hazırda məzənnə tələb-təklif əsasında formalaşır”.

Bunu Bakıda keçirilən VII Beynəlxalq Sığorta Forumunda (AIIF-2016) “Kapital Bank”ın İdarə Heyətinin sədr müavini Fərid Hüseynov deyib.

Onun sözlərinə görə, devalvasiya nəticəsində manat dəyərdən düşüb. “Depozit və əmanətlər üzrə dollarlaşma artıb. Buna baxmayaraq, sənaye daha stabil istiqamətdə davam etməyə başlayıb”, - deyə F. Hüseynov qeyd edib.

F. Hüseynov “Kapital Bank” haqqında ümumi məlumatlar da verib: “Bankın ümumi aktivləri 2,3 milyard manat, ümumi kapitalı isə 247 milyon manat təşkil edir. Hal-hazırda ”Kapital  Bank” 2,7 milyon müştəri bazasına malikdir. Ölkə daxilində 90 filialımız var. Regionlarda isə maliyyə xidmətlərinə malik yeganə banklardanıq”.

 

Mənbə: APA