Kapital Bank ADA Universiteti ilə əməkdaşlıq memorandumu imzalayıb

2016-06-06

Ölkədə təhsilin inkişafına böyük önəm verən Kapital Bank növbəti faydalı əməkdaşlığa başlayıb. Belə ki, Kapital Bank-la ADA Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb.

5 illik layihə çərçivəsində Kapital Bank və Universitet arasında müxtəlif istiqamətlər üzrə əməkdaşlıq nəzərdə tutulub. Tələbələr üçün təqaüd proqramlarının təsis edilməsi, müxtəlif konfransların təşkili, “Karyera günləri”nin keçirilməsi, məzunların işlə təmin olunması kimi tədbirlər keçiriləcək. Əməkdaşlıq çərçivəsində həmçinin Kapital Bank əməkdaşları üçün də müxtəlif təlimlər və təhsil proqramları təşkil olunacaqdır.

Qeyd edək ki, Kapital Bank korporativ sosial məsuliyyət çərçivəsində, daim müxtəlif təhsil və idman layihələrini dəstəkləyir. Bank sosial yönümlü fəaliyyətinə uyğun olaraq gələcəkdə də bu kimi tədbirlər keçirməyi planlaşdırır.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 90 filialı və 2 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.