Kapital Bank işçi axtarır – VAKANSİYA

2016-03-29

Kapital Bank” Qaradağ filialının Ələt qəsəbəsində yerləşən kassa şöbəsinə işçi axtarır. Ali təhsilli, MS Office proqramlarını bilən namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi aprel ayının 17-dir.

Namizədə dair tələblər

Ali təhsilli;

Təmkinli, təzyiqə davamlı;

Yüksək ünsiyyətqurma qabiliyyətli;

Əla səviyyədə Azərbaycan və Rus dili, yaxşı səviyyədə İngilis dili bilikləri;

MS Office proqramları üzrə biliklər.

Vəzifə öhdəlikləri:

Xarici valyutaların mübadiləsini həyata keçirmək;

Təcili pul köçürmə sistemləri üzrəəməliyyatlar aparmaq;

Müştərilərin hesabları üzrə mədaxil və məxaric əməliyyatlarını həyata keçirmək;

Gün ərzində hazırlanmış sənədləri müvafiq qaydada arxivləşdirmək və s.

Müraciət etmək istəyənlər CV-lərini "mövzu" bölməsində vakansiyanı qeyd etməklə HKC@kapitalbank.az ünvanına göndərə bilərlər.

Telefon: 196