Kapital Bank Xəzrinin komissiyasını ləğv etdi

2016-04-08

Kapital Bank son günlər cəbhə xəttində döyüşlərin intensiv getdiyi Ağdam, Füzuli və Tərtər şəhərlərinə Azərbaycanın müxtəlif bölgələrindən göndərilən pul vəsaitlərinin həcminin artdığını nəzərə alaraq, qeyd edilən şəhərlərdə yerləşən filiallarına “Xəzri” sistemi vasitəsilə göndərilən pul köçürmələri üzrə xidmət komissiyasını ləğv etmək qərarını verib. Bu güzəşt həmçinin Ağdam, Füzuli və Tərtər filiallarından Azərbaycanın digər regionlarına həyata keçirilən köçürmələrə də şamil edilir.

“Xəzri” təcili pul köçürmə sisteminin Azərbaycanla yanaşı, Ukrayna, Rusiya, Tacikistan və Gürcüstan kimi ölkələrin banklarında 3500-dən artıq məntəqədə mövcuddur.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 89 filialı və 2 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.