Kredit portfeli 700 milyon manata yaxındır

2015-10-23

 

30 Sentyabr 2015-ci il tarixinə “Unibank” ASC-nin kredit portfeli 691 milyon 713 min manat təşkil edib.

Kreditlərin 512,7 milyon manatı fiziki şəxslərə, 115,1 milyon manatı ticarət və xidmət sahəsinə, 29,5 milyon manatı kənd təsərrüfatına, 12,3 milyon manatı neft sənayesinə, 339,5 min manatı energetika sektoruna, 15,8 milyon manatı sənayenin digər sahələrinə, 627 min manatı maliyyə lizinqinə, 5,95 milyon manatı isə digər sahələrə verilib.

“Unibank”ın neft sənayesinə ayırdığı kreditlərin artması diqqəti çəkir. 30 İyun 2015-ci il tarixində Bankın bu sektora ayırdığı kreditlərin məbləği 10,9 milyon manat idi.

Xatırladaq ki, Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və Unibank Azərbaycan neft xidmətləri şirkəti "Dalğıc" MMC-yə 10 milyon ABŞ dolları məbləğində kredit veriblər.