Parabank təhlükəsiz və etibarlı bank olduğunu bildirir

2016-06-20

“Parabank” ASC bildirir ki, yüksək əmanət faizlərinin təklif edilməsi, bankın etibarsız olması demək deyil.

Əmanətdə yüksək faizə şirnikmək, pullarınızın batması ilə nəticələnə bilər!” başlıqlı məqaləsində yazmışdı ki, adətən yüksək faizli gəliri riskli banklar və şirkətlər təklif edirlər. Etibarı aşağı və riski isə yüksək olan maliyyə təşkilatları yüksək faizlər ilə diqqəti cəlb etmək istəyirlər. Nüfuzlu, güclü maliyyə imkanları və səhmdarları olan maliyyə təşkilatları isə aşağı faiz dərəcələri təklif edirlər. Çünki etibarlı olduqlarına görə, insanlar özləri belə kredit təşkilatlarını seçirlər. Məqalədə, “Parabank”ın 19%-lə əmanət cəlb etməsi nümunə göstərilmişdi.

“Parabank” bildirir ki, artıq 10 ilə yaxındır müştərilərinə yüksək faizlər təklif edir və indiyədək heç bir problem yaşanmayıb:

-“Parabank” artıq uzun illərdir ki, müştərilərinə yüksək faizlə əmanətlər təqdim edir. Qeyd edək ki, bir neçə gün əvvəl kütləvi informasiya vasitələrində bankın depozit cəlbi siyasəti ilə bağlı məlumatlar yayılıb. “Parabank 12% dən yüksək gəlir təklif edərək, illik 19%-lə depozit cəlb edir və əmanətlərin qorunmasına əmin deyil” kimi yazılar qətiyyən həqiqətə uyğun deyil”.

"Parabank" bir daha müştəriləri əmanət yerləşdirməyə dəvət edib:

“Hər zaman müştəri məmuniyyətini düşünən “Parabank” bu gün də müştərilərini sevindirməkdədir. Belə ki, “Parabank”da əmanət yerləşdirməyin əsl zamanıdır. Əlavə gəlir əldə etmək və bu gəliri  təhlükəsiz və etibarlı bankda həyata keçirmək istəyən hər kəsi Parabank öz filial və şöbələrinə dəvət edir.  Müştərilərinə “imkanlarımız sərhədsizdir” deyən Parabank, sözün əsl mənasında sərhədsiz Depozit imkanı təklif edir. İllik 19% olmaqla depozit yerləşdirin gələcəyinizi daha da təminatlı edin”.

Hörmətli oxucular! Sizi “Əmanətdə yüksək faizə şirnikmək, pullarınızın batması ilə nəticələnə bilər!” məqaləsini oxumağı təklif edirik.