Rusiyanın qızıl və valyuta ehtiyatı artıb

2016-06-17

Rusiyanın qızıl və valyuta ehtiyatı bir həftədə 5 milyard dollar artmışdır. Rusiya Mərkəzi Bankı tərəfindən edilən açıqlamaya görə, əvvəlki həftə 388,9 milyard dollar olan ehtiyatlar 393,9 milyard dollara yüksəlib.

Rusiyanın ehtiyatları 2011-ci ilin sonunda 497.4 milyard dollar, 2012-ci ilin sonunda 537,1 milyard dollar, 2013-ci ilin sonunda 508,5 milyard dollar, 2014-ci ilin sonunda 388,5 milyard dollar, 2015-ci ilin sonunda 368,0 milyard dollar səviyyəsində idi.