Unibankdan yeni kampaniya

2016-05-26

Mayın 26-dan iyunun 1-dək hər kəs Unibank filiallarına müraciət  edərək premium bank kartlarını  (VISA/MasterCard Gold və Platinum) 50%  endirimlə ala biləcək.

Unibankın Premium kartları ən yüksək statusun, var-dövlətin və qüsursuz maliyyə nüfuzunun göstəricisidir. Bu kartların sahiblərini dünyanın hər yerində xüsusi münasibət, ən yüksək xidmət, malların və xidmətlərin haqqının ödənilməsi zamanı əhəmiyyətli endirimlər və səmərəli təkliflər gözləyir.

Xatırladaq ki, hazırda keçirilən stimullaşdırıcı lotereya çərçivəsində Unibank Visa Premium kartları (Gold, Platinum, Infinite)  ilə 50 AZN-dən (və ekvivalentində) başlayan nağdsız əməliyyatlar sizə arzuladığınız ölkəyə səyahət imkanı qazandıracaq.  Lotereyada  iyulun 31-dək Azərbaycan ərazisində və ya xarici ölkələrdə nağdsız əməliyyat aparan hər kəs (kommunal ödəniş, telefon balansının artırılması, internet və kabel TV ödənişləri, kart balansının artırılması istisna olmaqla) iştirak edə bilər.

Unibank kartlarına sahib olanlar artıq  banka gəlmədən kartlarındakı əməliyyatlardan xəbərdar ola və müxtəlif əməliyyatlar edə bilirlər. Bunun üçün sadəcə  öz smartfonunuza Unibank Mobile xidmətini (http://onelink.to/ffdbwf ) yükləməyiniz kifayətdir.

Visa/Mastercard  Gold və Platinium kartlarını sizə ən yaxın Unibank filialından və www.unibank.az saytından onlayn sifariş edə bilərsiniz.

www.unibank.az

www.facebook.com/unibank.az

https://twitter.com/unibank

Unibank-hər kəsin bankı!