Kredit haqqında

Kredit Kartı

Kredit kartı - hər an bank kreditindən istifadə etmək imkanı verən plastik kartdır. Almaq istədiyiniz malın dəyərini ödəmək istədikdə və ya nağd vəsaitə ehtiyacınız olduğu halda kredit kartı bankınızın vəsaitlərindən istifadə etmək imkanı verir.

Kredit kartının şərtləri:

  • kredit kartı AZN, ABŞ dolları və Avro-da açıla bilər
  • kredit kartından istifadə etdiyiniz zaman ayın tarixindən asılı olmayaraq 30 gün ərzində 0% faiz hesablanır
  • 30 gün keçdikdə növbəti 30 gün üçün illik 18%, sonrakı dövr ücün illik 26% kredit faizi hesablanır
  • kredit kartı üzrə borc ödənildikdən sonra həmin vəsaitdən təkrar istifadə etmək mümkündür
  • kart sahibi digər ailə üzvləri ücün də əlavə kart sifariş etməklə onlara həmin kredit vəsaitindən istifadə etmək imkanı yaradır
  • FİFD - 23.8%-27.8%

Rabitəbank-ın kredit kartını kimlər və necə ala bilər?

  • bankın Baş ofisi və ya filiallarına müraciət etməli
  • kredit kartını alan şəxs iş yerindən əmək haqqı və iş stajını əks etdirən arayış, şəxsiyyətini təsdiq edən sənəd və bir nəfərin zaminliyini təqdim etməli, habelə zamin duracaq şəxsin iş yerindən arayışını və şəxsiyyətini təsdiq edən sənədıni təqdim etməlidir
  • kredit kartı ücün müraciət edən və zamin duran şəxs hazırkı iş yerində ən azı 6 ay işləməlidirlər və sabit əmək haqqına malik olmalıdırlar (həm kredit alan, həm zamin üçün əmək haqqının 400 manatdan az olmaması şərtilə

Rabitəbank-ın kredit kartı nə üçün istifadə olunur?

  • kredit kartından dünyanın istənilən ölkəsində və istənilən valyutada bankomatlardan nağd vəsait cıxarmaq
  • ticarət məntəqələrində, restoranlarda, otellərdə və avtomobil kirayəsi zamanı POS-terminal vasitəsilə əmtəə/xidmətin dəyərini ödəmək
  • İnternet vasitəsilə əmtəə/xidmətlər sifariş vermək
  • bankomat vasitəsilə kommunal xidmətlər və mobil telefon danışıq haqqlarını ödəmək
  • kartdan - karta xidməti vasitəsilə bir plastik kartdan digərinə istənilən məbləğdə vəsait köcürmək üçün istifadə olunur