Kredit haqqında

Alış-verişlərə Tətbiq Edilən Faiz

Dövri borcunuzun hamısını son ödəniş tarixinə qədər ödədiyiniz halda, alış-verişinizdən (hissə-hissə ödəmələr daxil olmaqla) irəli gələn borcunuza faiz tətbiq edilmir. Son ödəniş tarixinə qədər dövri borcunuzun tamamilə ödənməməsi halında isə (minimum məbləğin ödənməsi məcburidir) dövri borcunuza hesab faktura tarixindən etibarən günlük balansınızdan faiz hesablanır. Worldcardla alış-verişə illik 28% tətbiq edilir.

Nağd Avans Çəkilişinə Tətbiq Edilən Faiz

Nağd Avans çəkilişi və nağd istifadə çərçivəsində olan əməliyyatlarda, eyni gün faiz tətbiq olunar və hesab bildirişinizdə hesab faktura tarixinə qədər yaranmış faiz göstərilər. Hesab faktura tarix ilə ödəniş etdiyiniz tarix arasındakı faiz, növbəti hesab bildirişinizdə öz əksini tapır. Worldcardla nağd çıxarılışa 28% tətbiq edilir.