İpoteka krediti (AİF)

Azerbaycan Beynelxalq Banki İpoteka krediti (AİF)
Kreditin bankın saytındakı səhifəsi

Kredit hansı şərtlərlə cavab verməlidir?

  1. Kredit Azərbaycan manatı ilə verilməlidir;
  2. Kredit Azərbaycan Respublikasının vətəndaşına verilməlidir;
  3. Kredit, üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış yaşayış sahəsinin alınmasına verilməlidir;
  4. Güzəştli ipoteka krediti, yaşayış sahəsinin 1 kvadratmetri üçün hesablanan qiyməti güzəştli ipoteka kreditinin verilmə tarixinə Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri üzrə zonalarda, ölkənin digər şəhər və rayon ərazilərində orta bazar qiymətindən artıq olmayan yaşayış sahələrinin alınmasına verilməlidir;
  5. Güzəştli ipoteka kreditinin məbləği kreditin verildiyi tarixə ipoteka ilə yüklü edilən yaşayış sahəsinin qiymətinin 90 faizindən, güzəştli ipotekaya aid olmayan kreditin məbləği isə 85 faizindən çox olmamalıdır.
  6. İpoteka kreditləri üzrə ödəniləcək aylıq məbləğ borcalanın (borcalanların) aylıq məcmu gəlirinin 70%-dən çox olmamalıdır;
  7. Borcalanın (borcalanların) və onun ailəsinin həyatı və fəaliyyəti ilə əlaqədar müntəzəm ödənişlər hər bir ailə üzvünün saxlanılması üçün xərc ölkə üzrə müəyyən olunmuş yaşayış minimumundan az götürülə bilməz.
  8. Kreditin son ödəniş tarixinə borcalanın (borcalanların) yaşı qanunvericiliklə müəyyən olunmuş pensiya yaş həddindən çox olmamalıdır;
  9. Kredit yaşayış sahəsinin ipotekası ilə təmin olunmalıdır;
  10. İpoteka ilə yüklü edilən yaşayış sahəsi "Azərbaycan İpoteka Fondu" ASC tərəfindən təsdiq olunmuş siyahıya daxil olan və onunla əməkdaşlığa dair müqavilə bağlamış müstəqil qiymətləndirici tərəfindən qiymətləndirilməlidir;
  11. İpoteka saxlayanın hüquqları qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmalıdır;
  12. Kredit üzrə əsas borc və hesablanmış faizlər hər ay bərabər hissələrlə (annuitet ödənişlər) ödənilməlidir;
  13. İpoteka ilə yüklü edilmiş daşınmaz əmlakın bazar qiyməti əsas götürülərək ipoteka ilə təmin edilən kreditin həcmindən az olmamaq şərtilə sığortalanmalıdır;
  14. Həyat sığorta müqaviləsi. Borcalanların həyat sığortası onların ipoteka kreditinin məbləği hesablanarkən gəlirlərinin xüsusi çəkisinə proporsional qaydada aparılmalı və borcalanların həyat sığortasının ümumi məbləği ipoteka krediti məbləğindən az olmamalıdır.
Kreditin məbləği : 0 - 150000 AZN
İlkin ödəniş : 25%
FİFD : 0.00 - 0.00%
Müddət : - 25 il
İş yerindən arayış : Tələb olunur
Zamin : Tələb olunmur
Minimum staj : -
Ərizəçinin yaşı : -
Sıgorta : -
Girov : Tələb olunmur

Bu kreditlə yanaşı müraciət edilən kreditlər:

Kapital Sifariş et

İpoteka

Aylıq ödəniş

86 AZN

Ümumi ödəniş (minimum faizlə)

1,032 AZN

Sifariş et
YapıKredi Bank Azərbaycan

Təkrar müştərilərə daşınmaz əmlak krediti

Aylıq ödəniş

92 AZN

Ümumi ödəniş (minimum faizlə)

1,104 AZN

Azerbaycan Beynelxalq Banki

Güzəştli ipoteka krediti (AİF)

Aylıq ödəniş

83 AZN

Ümumi ödəniş (minimum faizlə)

1,000 AZN

Alkredit

Ipoteka Krediti

Aylıq ödəniş

86 AZN

Ümumi ödəniş (minimum faizlə)

1,032 AZN