Murabaha Card

Azerbaycan Beynelxalq Banki Murabaha Card
Kreditin bankın saytındakı səhifəsi

Murabaha Card

Faizsiz hissə-hissə ödəmə!

"Murabaha Card”, Azərbaycan Beynəlxalq Bankının islam bankçılığı qaydalarına cavab verən yeni hissə-hissə ödəniş imkanını yaradan kart məhsuludur.

"Murabaha Card” Debet MasterCard Gold bazasında hazırlanmışdır. Kartdan istifadə müddəti 6 illikdir. Kartlar əlavə ödənişsiz SMS Xəbərdarlıq xidmətinə qoşulur.

“Murabaha Card” ilə alış-veriş edərək, ticarət müəssisələrində məhsul və ya xidmətlərin dəyərini öz istəyinizə uyğun 1, 3, 6, 9 və ya 12 ay ərzində hissələrlə ödəyə bilərsiniz.

 

  • “Murabaha Card” pulsuz təqdim edilir.
  • Kartın limiti müştərinin aldığı əmək haqqına əsasən hesablanır. Borc limitinin rəsmiləşdirilməsinə görə tutulan komisyon haqqı müştəriyə ayrılan borc limitinin miqdarından asılı olaraq sabit xidmət haqqı şəkilində tutulacaq.

Misal üçün; 500AZN=10AZN, 1000AZN=20AZN

  • Kart üçün nəzərdə tutulan limitin məbləği minimum 500 manat, maksimum 5000 manat təşkil edir.
  • Ayrılan limitin müddəti maksimum 2 il təşkil edir.

“Murabaha” ilə istifadə edilən vəsaiti faizsiz ödəmək üçün bərabər hissələrə bölünmüş məbləğlər hər növbəti ayın 10-dək ödənilməlidir. İstifadə edilmiş məbləğ vaxtı-vaxtında ödənilmədiyi halda hissə-hissə ödəniş kartları üçün bankın tarifərinə uyğun əlavə komissiya hesablanır.

Misal üçün:

"Murabaha Card" ilə ticarət müəssisəsində 3 aylıq bərabər hissələrlə ödəniş şərti ilə 300 manatlıq alış-veriş edirsiniz. Alış-veriş yanvar ayının 5-də baş verib. "Murabaha Card" üzrə qalıq balansınız 700 AZN təşkil edir.

Xərclədiyiniz vəsaiti faizsiz qaytarmaq istəyirsinizsə, güzəştli ödəniş müddətindən istifadə edin və üç ay ərzində hər ayın 10-dək "Murabaha Card" hesabınıza 100 AZN ödəyin. 300/3=100

Bu alış veriş üzrə Siz üç ödəniş etməlisiniz: fevralın 10-dək, martın 10-dək və aprelin 10-dək.

“Murabaha Card” yalnız ticarət əməliyyatları üçün nəzərdə tutulub. Bu kart vasitəsilə kart hesabındakı vəsaitin nağdlaşdırılması mümkün deyil.

QEYD. Hazırda "Murabaha Card" yalnız Bakı şəhəri sakinlərinə və əmək haqqını ABB kartları vasitəsi ilə alan müştərilərə təqdim edilir. Gələcəkdə Gəncə, Sumqayıt və Lənkəran şəhərlərində "Murabaha Card" kartının təqdim edilməsi planlaşdırılır.

 


Kreditin məbləği : 500 - 5000 AZN
İlkin ödəniş :    -
FİFD : 0.00 - 0.00%
Müddət : 1 ay - 12 ay
İş yerindən arayış : Tələb olunur
Zamin : Tələb olunur
Minimum staj : -
Ərizəçinin yaşı : -
Sıgorta : -
Girov : Tələb olunmur

Bu kreditlə yanaşı müraciət edilən kreditlər:

Azerbaycan Beynelxalq Banki

Jasmine Card

Aylıq ödəniş

83 AZN

Ümumi ödəniş (minimum faizlə)

1,000 AZN

Azerbaycan Beynelxalq Banki

Qibla Card

Aylıq ödəniş

83 AZN

Ümumi ödəniş (minimum faizlə)

1,000 AZN