AIKZF hesabına ipoteka krediti

Bank BTB  AIKZF hesabına ipoteka krediti
Kreditin bankın saytındakı səhifəsi
Ödəniş forması Annuitet

Tələb olunan sənədlər

1. İPOTEKA KREDİTİNİN ALINMASI ÜÇÜN TƏLƏB OLUNAN SƏNƏDLƏR

  • Borcalanın (birgə borcalanın) şəxsiyyətini təsdiq edən sənəd və sənədin surəti.
  • Nigahın bağlanması (və ya boşanma) barədə şəhadətnamə (sənədin surəti).
  • Borcalanla (birgə borcalanla) birgə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin şəxsiyyətini təsdiq edən sənədlər (sənədlərin surəti)
  • Borcalanın (birgə borcalanın) yetkinlik yaşına çatmamış ailə üzvlərinin şəxsiyyət vəsiqələri və ya doğum haqqında şəhadətnamələri (sənədlərin surəti)
  • Borcalanın (birgə borcalanın) əmək müqaviləsi və ya onun iş yerinin kadrlar idarəsi tərəfindən təsdiq edilmiş əmək kitabçasının surəti.
  • Borcalanın (birgə borcalanın) gəlirlərini təsdiq edən sənədlər (əsas və əgər varsa, əlavə iş yerindən arayış və s.).
  • İpoteka predmetinin qiymətləndirmə aktı.

2. İPOTEKANIN RƏSMİLƏŞDİRİLMƏSİ ÜÇÜN TƏLƏB OLUNAN SƏNƏDLƏR

  • İpoteka qoyulan yaşayış sahəsi üzrə mülkiyyət hüququnu təsdiq edən sənəd (dövlət reyestrindən çıxarış) və texniki pasport (tələb olunduqda).
  • İpoteka predmetinin digər öhdəliklər üzrə yüklü edilməməsini və məhdudiyyət olmadığını təsdiq edən sənəd.
  • İpoteka qoyulan yaşayış sahəsi üzrə qeydiyyatda olanlar haqqında arayış.
  • İpoteka predmetinin ipotekaya qoyulmasına və məhkəmədənkənar qaydada satılmasına dair ərin/arvadın, ipoteka predmetində qeydiyyatda olan digər yetkinlik yaşına çatmış ailə üzvlərinin notariat orqanlarına təqdim olunan razılığının surəti. İpoteka predmetinin mülkiyyətçisi yetkinlik yaşına çatmamış şəxs olduqda, onun maraqları çərşivəsində səlahiyyətli qəyyumluq və himayəçilik orqanlarının razılığının surəti.

3. İPOTEKANIN RƏSMİLƏŞDİRİLMƏSİNDƏN SONRA TƏQDİM OLUNMALI SƏNƏDLƏR

  • İpoteka müqaviləsinin (Qarışıq müqavilə) və ipoteka kağızının əsli və onların dövlət qeydiyyatından keçməsini təsdiqləyən sənədlər.
  • Borcalanın həyatın ölüm halından və əmək qabiliyyətinin itirilməsinin və ipoteka predmetinin sığortalanmasını və sığorta ödənişlərinin ödənildiyini təsdiqləyən sənədlər.
  • Alınmış yaşayış sahəsinin alqı-satqı müqaviləsinin surəti.
  • Yaşayış sahəsinin satıcısının (fiziki şəxslər üçün) şəxsiyyətini təsdiq edən sənədin surəti.

4. BORCALAN FƏRDİ SAHİBKAR OLDUQDA ƏLAVƏ OLARAQ TƏQDİM OLUNMALI SƏNƏDLƏR

  • Sahibkarın vergi orqanlarında qeydiyyatdan keçməsi haqqında şəhadətnamə (surəti).
  • Vergi orqanları tərəfindən qəbul olunmuş gəlir vergisi və ya sadələşdirilmiş vergi bəyannaməsi
  • Vergi orqanları tərəfindən son 24 ay ərzində maliyyə göstəriciləri haqqında arayış

5. BORCALAN GÜZƏŞTLİ KATEQORİYAYA AİD OLDUQDA ƏLAVƏ OLARAQ TƏQDİM OLUNMALI SƏNƏDLƏR

  • Borcalanın güzəştli kateqoriyaya aid olmasını təsdiq edən sənəd.
Kreditin məbləği : 0 - 150000 AZN
İlkin ödəniş : 15%
FİFD : 0.00 - 0.00%
Müddət : 3 ay - 25 il
İş yerindən arayış : Tələb olunur
Zamin : Tələb olunmur
Minimum staj : -
Ərizəçinin yaşı : -
Sıgorta : -
Girov : Tələb olunur

Bu kreditlə yanaşı müraciət edilən kreditlər:

Kapital Sifariş et

İpoteka

Aylıq ödəniş

86 AZN

Ümumi ödəniş (minimum faizlə)

1,032 AZN

Sifariş et
YapıKredi Bank Azərbaycan

Təkrar müştərilərə daşınmaz əmlak krediti

Aylıq ödəniş

92 AZN

Ümumi ödəniş (minimum faizlə)

1,104 AZN

Azerbaycan Beynelxalq Banki

Güzəştli ipoteka krediti (AİF)

Aylıq ödəniş

83 AZN

Ümumi ödəniş (minimum faizlə)

1,000 AZN

Alkredit

Ipoteka Krediti

Aylıq ödəniş

86 AZN

Ümumi ödəniş (minimum faizlə)

1,032 AZN