Çeksiz ticarətə görə cərimələr kəskin artır

Çeksiz ticarətə görə cərimələr kəskin artır | alkredit.az

Dünən Milli Məclisdə “Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanun layihəsi səsverməyə çıxarıldı və qəbul edildi.

Məcəlləyə edilən dəyişikliklərdən biri  ticarət qaydalarının, nağd pul hesablaşmalarının həyata keçirilməsi qaydalarının pozulmasıdır.

Belə ki, dəyişikliklər ticarət qaydalarının, nağd pul hesablaşmalarının həyata keçirilməsi qaydalarının ilk dəfə pozulması zamanı cərimə 400 manatdan 2000 manata qədər artırılacaq.

Təkrar pozuntu zamanı cərimə 4000 manat (800 idi), üçüncü dəfə isə 6000 (1200 idi) manat təşkil edəcək.

Müxtəlif hesablaşma qaydalarının pozulması dedikdə kassa aparatları və ya blanklar olmadan ticarət, vergi orqanlarında qeydiyyatı olmayan kassa aparatları, çeklərin verilməməsi və s. nəzərdə tutulur.

 

mənbə:marja