Çex banklarının Azərbaycana vəsait ayırması müzakirə edilib

Çex banklarının Azərbaycana vəsait ayırması müzakirə edilib | alkredit.az

Azərbaycan və Çex prezidentləri Çex banklarının Azərbaycanda layihələrə vəsait ayırması məsələsini müzakirə ediblər.

Bunu Azərbaycan və Çex Respublikası Prezidentlərinin birgə mətbuat konfransında Azərbaycan Prezidenti İlham Əliyev deyib.

“Çex banklarının Azərbaycanda müvafiq layihələrinin icrasına  böyük miqdarda vəsait ayrılır. Buna görə də minnətdarıq. Çünki bu vəsait imkan verir ki, Azərbaycanda müxtəlif infrastruktur layihələri icra edilsin, ilk növbədə nəqliyyat sektorunda. Bu barədə də biz geniş fikir mübadiləsi apardıq və əlbəttə ki, biz əldə edilmiş nəticələri yüksək qiymətləndiririk”.

İlham Əliyev əlavə edib ki, bu gün keçiriləcək Çexiya-Azərbaycan biznes forumu ikitərəfli iqtisadi əməkdaşlığın dərinləşməsi üçün mühüm hadisə olacaqdır.

 

mənbə:marja