Çində təmiz hava satılır

Çində təmiz hava satılır | alkredit.az

Havanın çirklənməsi ilə əlaqədar ötən həftə paytaxtı Pekində “qırmızı” həyəcan siqnalı çalan Çində, bir restoran sahibinin müştərilərindən "təmiz hava üçün ödəniş" aldığı bildirilib.

Ölkənin şərqindəki Cianqsu ştatında yerləşən bu restoran sahibinin hava təmizləmə cihazı aldığı və bunun xərcini müştərilərindən hər hesabda 1 yuan (təxminən 16 qəpik ) olaraq aldığı qeyd olunub.

Lakin restoran haqqında cinayət işi açılıb. Digər tərəfdən, bir sahibkar da Kanadadan gətirdiyi, təmiz havaları doldurduğu şüşələri 400 yuana (65 AZN) satmağa başlayıb.

mənbə:marja