Çinin ixracatında gözlənilməz artım

Çinin ixracatında gözlənilməz artım | alkredit.az

Ötən ilin Dekabr ayında Noyabr ayı ilə müqayisədə Çində ixrac 4.1 faiz artıb, idxal isə 4 faiz azalıb.

Çində ixrac Dekabr ayında gözlənilməz bir şəkildə artıb, idxaldakı geriləmə də yavaşlayıb. Bu vəziyyət, zəifləyən Yuanın, dünyanın ikinci ən böyük iqtisadiyyatının dünya ticarətində rəqabət gücünü artırmış ola biləcəyinə işarə edir.

İqtisadçıların proqnozlarına görə, ixracın 4.1 faiz azalması gözlənilirdi. İxracat Noyabr ayında 3.7 faiz düşmüşdü. İdxal həmin dövrdə 4% azalıb və azalmasını 14-üncü aya genişləndirib. İdxal Noyabr ayında 5.6 faiz geriləmişdi. Xarici ticarət kəsiri, beləliklə, 382 milyard yuan (58 milyard dollar) olub.

İxracat ilin son ayında yuan əsasında 2014-cü ilin eyni ayı ilə müqayisədə 2.3 faiz artıb.

İllik müqayisədə isə Çinin ixracı 2015-ci ildə 1,4%, idxalı isə 7,6% azalıb. İqtisadçılar ixracın 8%, idxalın isə 11,5% azalacağını gözləyirdilər.

Çində ixracın Dekabr ayında artması və xarici ticarət profisitinin artması yuanın dəyərdən düşməsini təxirə salacağı ümidi ilə, Avstraliya dolları, Çin səhmləri və Standard & Poor's 500 (S&P 500) indeksi yüksəlib. Çində qiymətli kağızlarındakı sərt satışlar və yuanın dəyər itirməsi, 2016-ci ildə qlobal bazarlarda sarsıntı yaratmış və ötən il, yəqin ki, son 25 ilin ən yavaş böyüməsini göstərən Çin iqtisadiyyatına qarşı etimadın azalmasına səbəb olmuşdu.

Honq Konq əməliyyat görən Çin səhmləri, Çində yuan əsasında ixracın gözlənilməz bir şəkildə artması ilə yüksəlib.

mənbə:marja