Öləcəyi gözlənilən Avroda sərfəli kredit təklif edir

Öləcəyi gözlənilən Avroda sərfəli kredit təklif edir | alkredit.az

Bank (CDB)” ASC Avroda mikro kredit təklif edir. Həm də, çox aşağı faiz ilə.

500 - 5000 AZN məbləğlərində, 24 ayadək təklif olunan mikro kredit, Avro ilə götürülkdükdə illik faiz dərəcəsi 14% təşkil edir. FİFD isə 18.5%-dir.

“Caspian Development Bank (CDB)” eyni şərtlər ilə mikro krediti AZN ilə 20%-lə, Dollar ilə 18%-lə təklif edir.

Bankın nağd pul kreditləri üzrə faiz, Avroda 16%-dir.

Azərbaycanın digər bankları Avro ilə kredit verməkdə ehtiyat edirlər. Çünki Avronun məzənnəsi çox oynaqdır və Avropa valyutasının dəyərdən düşəcəyi gözlənilir. Hazırda Avropa Mərkəzi Bankı istiqraz alışı yolu ilə hər ay dövriyyəyə milyardlarla avro buraxır.

Qeyd edək ki, dünyanın iri bankları Avronun dollar qarşısında ucuzlaşacağını gözləyirlər. Goldman Sachs bu ilin sonunda, Morgan Stanley isə 2016-ci ilin dördüncü rübündə  1 avronun 1 ABŞ dollarına bərabər olacağını gözləyir. Hazırda 1 avro 1.10 dollara bərabərdir.

9% UCUZLAŞA BİLƏR

Qeyd edək ki, Avronun dollar qarşısında məzənnəsinin dəyişməsi Azərbaycan manatı qarşısında da dəyişməsinə səbəb olur. Əgər Goldman Sachs-ın və Morgan Stanley-in proqnozu reallaşarsa, Avronun Manat qarşısında 9% ucuzlşa biləcəyini də gözləmək olar.

Dəyərdən düşəcəyi gözlənildiyindən, Avroda kredit götürmək indiki vəziyyətdə sahibkarlar üçün sərfəli ola bilər.

mənbə:marja