Ötən ay cəmi 2 ipoteka krediti verilib

Ötən ay cəmi 2 ipoteka krediti verilib | alkredit.az

İpoteka Fondu xətti ilə mayın 1-dək 730 milyon 702  min manat məbləğində 17 min 995 ipoteka krediti verilib.

Bir ay əvvəlsə bu göstərici 730 milyon 608 min manat (17 min 993 kredit) idi.

Apreldə cəmi 94,02 min manatlıq 2 ipoteka krediti verilib.

Martda isə cəmi 3 kredit verilmişdi. Ötən ilin martında isə 15 milyon 464,67 min manat məbləğində 359 kredit ayrılmışdı. Göstəricilərdəki kəskin dəyişmə İpoteka Fondunun tərəfdaş banklarla maliyyə problemləri yaşaması kimi izah edilir.

2015-ci ildə 97 milyon 273 min manatlıq  2 min 146, inişil isə 99 milyon 927 min manat məbləğində 2 min 275 ipoteka krediti ayrılmışdı.

Azərbaycan İpoteka Fondu 2005-ci ilin dekabrında yaradılıb. İpotekaların verilməsinə 2006-cı ilin martında başlanıb.

Kommersiya şərtləri ilə ipoteka kreditləri 50 min manatadək, illik 8 faizə qədər verilir. Sosial ipotekanın maksimal məbləği 50 min manat təşkil edir, illik faiz dərəcəsi 4 faizdən çox deyil.

2016-cı ildə ölkə başçısı əlavə 200 milyon manat ipoteka krediti verilməsi haqqında sərəncam verib.

Mənbə: Turan