Şəkidə ipoteka kreditləri ilə mənzillərin satılmasına başlanıb

Şəkidə ipoteka kreditləri ilə mənzillərin satılmasına başlanıb | alkredit.az

Bu ildən etibarən Şəkidə ipoteka kreditləri ilə mənzillərin satılmasına başlanıb. Bu məqsədlə xeyli sayda mənzillər də tikilib.

Həm dövlət ipotekası və həmçinin bankların daxili ipotekası hesabına mənzillər sərfəli şərtlərlə vətəndaşlara  təklif edilir. Dövlət qulluqçuları və xüsusi imtiyazı olan şəxlər dövlət ipotekasından daha çox güzəşt əldə edəcəklər.

Dövlət tərəfindən  ipoteka krediti verilən zaman yalnız vətəndaşın öz gəliri nəzərə alınır. Güzəştli şərtlər qazanan hər ailə isə bu imkandan bir dəfə yararlana bilər. Bankların daxili ipotekası isə ümumilikdə ailə gəlirinə əsaslanaraq verilir. Vətəndaşların  ipoteka kreditlərinə münasibəti isə birmənalı deyil. Beləki kreditin verilməsini yüksək dəyərləndirən  Şəki sakinləri eyni zamanda faiz dərəcələrinin yenə də yüksək olduğun bildirirlər.

Qeyd edək ki, ipoteka kreditlərinin faiz dərəcələrinin aşağı salınması, həmçinin ilkin ödənişin ləğv edilməsi istiqamətində işlər aparılır. Yeni yaradılacaq qaydalara əsasən  ailəli olmayan ancaq kredit almaq imkanı olan şəxslər də ipoteka krediti ala biləcək. Mütəxəsislərin fikrincə gələcəkdə faiz dərəcələri aşağı salınarsa bu kredit növündən yararlananların da sayı arta bilər.