Şirkətlərə Dollar satışı dayandırılmayıb

Şirkətlərə Dollar satışı dayandırılmayıb | alkredit.az

Bankların filialları Baş ofisin icazəsi ilə hüquqi şəxslərə dollar satışı həyata keçirirlər.

“Əgər hüquqi şəxs filialdan dollar almaq istəyirsə, məbləğ barədə baş ofisdən müvafiq şəxsin razılığı alındıqdan sonra həmin şəxsə Dollar satılır”.

Qeyd edək ki, banklar əhaliyə Dollar satışını dayandırıb. Bu, Azərbaycan Mərkəzi Bankının Dollar satışını minimum səviyyəyə endirməsi ilə bağlıdır.

Dünən Dövlət Neft Fondu, hərrac vasitəsilə 32 banka  200 milyon ABŞ dolları satdığını açıqlamışdır. Bu gün bəzi bankların əhaliyə məhdud da olsa dollar satışını bərpa edəcəyi gözlənilir. Lakin iri banklar bildirilib ki, Dövlət Neft Fond onlara Dollar satsa da, bu gün əhaliyə dollar satışını bərpa etməyi planlaşdırmırlar.

 

mənbə:marja