Əmək qabiliyyətini itirmiş şəxsə 34 min manatdan çox ödəniş edəcək

Əmək qabiliyyətini itirmiş şəxsə 34 min manatdan çox ödəniş edəcək | alkredit.az

“PAŞA Həyat” sığorta şirkəti “istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” növü üzrə növbəti sığorta ödənişinin həcmini açıqlayıb.

Şirkətin ictimaiyyətlə əlaqələr xidmətindən verilən məlumata görə, ölkədə fəaliyyət göstərən tikinti şirkətlərinin birində çalışan sığortalı işçi peşə xəstəliyi nəticəsində əmək qabiliyyətinin 65%-ni itirib.

Sığorta olunan şəxsin işlədiyi müəssisə ilə bağlanmış sığorta müqaviləsində qeyd olunan şərtlərə uyğun olaraq, zərərçəkmiş şəxsə ümumilikdə 34,320 min manat həcmində sığorta ödənişinin verilməsi nəzərdə tutulub.

Qeyd olunmuş vəsait 60 ay ərzində hər ay 572 manat olmaqla zərərçəkmiş şəxsə ödəniləcək.

Qeyd edək ki, “PAŞA Həyat” 2011-ci ilin fevral ayından fəaliyyət göstərir. Azərbaycanın ümumi sığorta bazarının ən iri şirkəti olan “PAŞA Həyat”ın cari ilin aprel ayının 1-nə aktivlərinin həcmi 150 mln. manata yaxın, nizamnamə kapitalının həcmi isə 40,250 milyon manat təşkil edir.

mənbə:marja