Əmanətçiləri bir gündə rekord kompensasiya aldılar

Əmanətçiləri bir gündə rekord kompensasiya aldılar | alkredit.az

Sığorta hadisəsi baş vermiş “Texnikabank” ASC-nin qorunan əmanətçilərindən ərizələrin qəbuluna 12 fevral 2016-cı il tarixindən etibarən agent bankların filiallarında başlanılmışdır.

Seçilmiş agent banklar tərəfindən sənədləri qaydasında olan əmanətçiyə, 18 Fevral tarixinə olan məlumata görə, 12 milyon 600 min manatdan artıq kompensasiya ödənilmişdir.

Fevralın 17-si iş gününü sonuna olan məlumata görə, “Texnikabank”ən  əmanətçilərinə 6.6 milyondan artıq kompensasiya ödənilmişdi. Beləliklə, əmanətçilər bir gündə rekord məbləğdə - 6 milyon manat kompensasiya alıblar.

Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov bildirmişdi ki, bu bankın 20 340 qorunan əmanətçisinə 123 milyon 166 min 426 manat kompensasiya veriləcək.

 

mənbə:marja

Əmanətçiləri bir gündə rekord kompensasiya aldılar